Bakı arxipelağında yerləşən bir neçə palçıq vulkanı mənşəli adalara infotur təşkil edilib
Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası ərazisində yaradılması nəzərdə tutulmuş geoparka daxil ediləcək və Bakı arxipelağında yerləşən bir neçə palçıq vulkanı mənşəli adalara infotur təşkil edilib.
Geoparkların yaradılması tendensiyası 1990-cı illərdən başladı və demək olar ki, bütün dünyaya yayıldı. Bu konsepsiya ətraf mühitin mühafizəsi konseptini, təhsili və dayanıqlı inkişaf anlamlarını özündə ehtiva edir.
Ətraf mühitin mühafizəsi ilə dayanıqlı inkişafın qarşlıqılı mövcudluğu şəraitində fəaliyyət göstərir.
Hazırda dünya üzrə 48 ölkədə 213 YUNESKO-nun Qlobal Geoparkı yaradılmışdır.
İnfoturun təşkil edildiyi Xarə Zirə, Qarasu, Səngi-Muğan, Zənbil adaları geniş ekoturizm potensialına malikdir.