MDB Müşahidə Missiyasının Qərargahının rəhbəri ƏHD Partiyasının rəhbərliyi ilə görüşüb

MDB Müşahidə Missiyasının Qərargahının rəhbəri ƏHD Partiyasının rəhbərliyi ilə görüşübMüstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Kuleba Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının qərargahında olub. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, Oleq Kuleba ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev, baş katib Yaşar Kələntərli, partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı və Əli Həziquliyev ilə görüşüb.

Muşahidə missiyası barədə məlumat verən Kuleba bildirib ki, növbədənkənar parlament seçkilərində 130 müşahidəçi ilə təmsil olunacaqlar. O, həmçinin ƏHD Partiyasının seçkiyə hazırlıq prosesi ilə maraqlanıb.
ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın seçkiyə hazırlıq prosesi, təbliğat-təşviqat işləri, namizədlər və digər məsələlər barədə fikirlərini bölüşüb.

Görüş daha sonra diskussiya şəklində davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər