Fazil Mustafa seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 26 saylı Sabunçu Birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın seçicilərlə növbəti görüşü Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi 31 ünvanda baş tutub.
Avrasiya.net xəbər verir ki, seçkiqabağı platformasının ayrı-ayrı aspektlərinə toxunan Fazil Mustafa platformada yer alan vəzifələrin icra strategiyasının nədən ibarət olduğunu bildirib və seçiciləri narahat edən məsələlərin real nümunələr əsasında həllinin mümkünlüyü haqqında danışıb. Həmçinin tədbir iştirakçılarını qarşıdan gələn parlament seçkilərində fəal iştiraka dəvət edib.
Daha sonra deputatlığa namizəd seçicilərin müxtəlif mövzularda ona ünvanladıqları sualları cavablandırıb. Onu da qeyd edək ki, seçicilər deputatlığa namizədə daha çox sosial problemlərlə bağlı suallar ünvanlayıblar.