Azərbaycanlı biznesmen özünü firon etdi, ad günü keçirdi - Foto
Rusiyanın Yaroslavl şəhərində yaşayan azərbaycanlı biznesmen Elman Əzizov özünə qəribə ad günü keçirib.
Avrasiya.net xəbər verir ki, bu barədə X sosial şəbəkəsindəki “Russia Market” səhifəsi foto və məlumat yayıb.
Bildirilib ki, E.Əzizov bütün işçilərini qədim Misir qulları kimi geyindirib, özü isə firon libasına bürünüb.
“Firon” “qullar”ının daşıdığı araba ilə məclisə daxil olub.
Şirkət çoxsaylı tənqidlərə görə açıqlama verib.
Ölkə.az yazır ki, fotoların “Yaroslav Broyler”də keçirilən “Müəssisə günü”nə aid olduğunu açıqlanıb. Qeyd edilib ki, bu il müəssisənin yarandığı gün İdarə Heyətinin sədri Elman Nazifoviç Əzizovun doğum gününə təsadüf edib.
Sözügedən tədbirdə işçilərin öz təşəbbüsü ilə Elman Əzizova sürpriz hazırladığı bildirilib.
“İldə bir dəfə, hər il belə bir bayram hazırlayırıq. Fabrikdə çoxlu istedadlı insanlar var və onlar iştirak etməkdən və öz ideyalarını təklif etməkdən məmnundurlar. Ən əsası isə çalışırıq ki, təbrik hissəmiz Elman Nazifoviç üçün sürpriz olsun. Ona görə də aylar boyu hazırlıq zamanı təbrikin bütün təfərrüatlarını gizli saxlayırıq. Və hər dəfə onun sürprizimizə reaksiyasını böyük həyəcanla gözləyirik. Bu il biz qədim Misir mövzusunu rənglərinə və təntənəsinə görə seçdik. Təbii ki, ad günü adamı həmişə bizim təşəbbüsümüzdə iştirak edir və bizim “qaydalarımızı” qəbul edir. Biz sözün əsl mənasında girişdə onun yolunu kəsdik, maşından düşməsini istədik, bayram temalı kostyum geyindik və təbrik hissəsinə teatr tamaşası ilə başladıq”.
Tənqidlərə görə şirkətin saytında daha əvvəl qeyd olunan müəssisə günündən fotolar da yerləşdirilib.
Qeyd edək ki, “Yaroslavl Broyler” Yaroslavl vilayətinin ən böyük kənd təsərrüfatı müəssisəsidir və Rusiyanın ən böyük 20 quş əti istehsalçısı arasındadır. Şirkətin idarə heyətinin sədri E.Əzizovun əslən azərbaycanlı olduğu bildirilir.
Biznesmenin ad günündən fotoları təqdim edirik: