2 gün əvvəl bıçaqlanan gənc qız öldü - Əri tutuldu

2 gün əvvəl bıçaqlanan gənc qız öldü - Əri tutulduAvqustun 17-də Sabunçu rayonu ərazisində baş verib. 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu Rayon Prokurorluğu tərəfindən həmin Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər