Fazil Mustafa seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR
Böyük Quruluş Partiyasının sədri, 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd Fazil Mustafanın seçicilərlə görüşü davam edir.
Növbəti görüş Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi 27 ünvanda olub. F.Mustafa seçiciləri ilk öncə seçki platforması ilə tanış edib.
Daha sonra F.Mustafa seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Seçicilərin böyük fəallıq və maraq göstərdikləri görüşlərdə F.Mustafa əsasən onları düşündürən problemlərin həlli yollarının müzakirəsini aparıb. Eyni zamanda insanların sosial rifahının yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən və görüləcək işlərdən bəhs edib.Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daimi onlarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq. Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər deputatlığa namizəd F.Mustafaya dəstək ifadə ediblər.
Daha sonra seçicilər namizədə çoxsaylı suallar ünvanlayıblar. Sualların əksəriyyəti narkomaniyaya qarşı mübarizə və pensiya islahatları ilə bağlı olub. Fazil Mustafa hər bir sualı cavablandırıb və problemin həlli yolları müzakirə olunub.