Səudiyyənin Bakıdakı səfiri QH GT-nin mənzil-qərargahında mühazirə oxuyub
Avqustun 13-də Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri İssam bin Saleh əl-Cuteyli Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil-qərargahında Səudiyyə-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub.
Avrasiya.net “Report”a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib.
“Cənab Səfir İssam bin Saleh əl-Cuteyli Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil-qərargahında olub və Səudiyyə-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub. O həmçinin diplomatda tələb olunan bacarıqlar və onların inkişaf etdirilməsi yollarından danışıb”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, avqustun 6-da ADA Universitetində gənc müəllimlər üçün “COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi” layihəsinin açılış mərasimi keçirilmişdi.