Şəhid Siyavuş Muradovun mövlud günü keçirilib
Müqəddəs Qurani-Kərimdə deyilir, Şəhidlik cənnətin yüksək guşəsində insanın ucaldığı ən yüksək zirvədir!
Bununla yanaşı Şəhidlik insanlığın ən ali şərəf, qeyrət, ucalıq zirvəsidir!
5 avqust 2024-cü il tarixində, Şəhid aillərinin, müharibə veteranlarının və ictimayyətinin nümayəndələrinin birgə iştirakı ilə, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Azərbaycan Silahlı Qüvvələrinin Şəhidi leytenat Muradov Siyavuş Akif oğlunun Mövlud-Anım məclisi keçirilərək şəhidin ailəsinə mənəvi dəstək verildi.
İlk öncə Siyavuş Muradovda olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuşların xatirəsi ehtiramla yad edilərək, Siyavuş Muradovun valideyinlərinə böyük ehtiramla baş sağlığı verərilərək onlara səbir diləndi.
Leytenantı Siyavuş Muradov 1991-ci il avqustun 5-də, Beyləqan şəhərində anadan olub. Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocəvəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 25-də ömrünün bahar çağında 28 yaşında şəhidlik zirvəsinə ücalıb. Siyavuş Muradov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Qəhrəmanın atası 1-ci Qarabağ müharibəsi Qazisi Akif Muradov Xalqın və Vətənin oğlu olan Syavuşun cəsur, qorxmaz, mərd hərbçimiz olmasından danışaraq qeyd etdi ki, Əsl igid hərbçi, idmançı, hündür boylu, enlikürək, güclü və Vətənini necə sevdiyini sevə-sevə bildirdi.
Qəhrəman Şəhid atası xususi ilə bildirdi ki, Siyavuşun ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi və o daim Vətən keşiyində olmaq üçün hərbçi olmağı seçmişdi. Ana Vətənin bütövlüyü uğrunda şəhid olmaq istəyirdi. Və istədiyi kimi, Azərbaycanın unudulmaz şanlı oğulları ilə əbədən çiyin-çiyinə durdu. Qarabağ daha çox qara bağlamasın deyə yola çıxdılar, xalqa qələbə sevinci bəxş etdilər. Bundan sonra da ruhu ilə qoruyacaq Vətəni… Axı şəhidlər ölməz!
Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov çıxış edərək ilk öncə o, Şəhid Siyavuş Muradovun valideyinləri Akif Muradova, anası Ayna Muradova və məclisdə iştirak edən digər şəhid valideyinlərindən Şəhid Şakir Abdullazadın anası Səmilə Abdullayevaya, onun ataı Şakir Abdulova, Şəhid Kamran Kazımovun anası Elmira Kazımovaya onun atası Qarabağ müharibəsinin veteranı, ehtiyyatda olan polkovnik Qurbanəli Kazımıva baş sağlığı verərək onlara qəhraman evlad yetişdirdiyləri üçün öz minnətdarlığını bildirdi.
Daha sonra Sərraf Orucov çıxış edərək qeyd etdi ki, Qarabağda, Vətən müharibəsində 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Bu gün bu aillər dövlətimizə və qədir bilən Xalqımza əmanəti qalmışdır.
Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara öz döğmalarımız kimi diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.
Sərraf Orucov çıxışının sonunda, Şəhid aillərinə və tədbir iştirakçılarına bildirdi ki, “Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi, dərin ehtiramla yad ediləcəkdir!”.
Şəhid Muradov Siyavuş Akif oğlunun anası Muradova Ayna Əli qızı nümunəvi Şəhid anası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyyəsi uğrunda döyüşərək canını qurban verib Şəhidlik zirvəsinə ucalmış qəhrəman övlad yetişdirdiyinə görə “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ” “FƏXRİ FƏRMAN”- ila təltif edildı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!