Sizin Reklam Burada

Yasamalda ana südünün faydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

Yasamalda ana südünün faydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLARAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarlna Dövlət Dəstəyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində növbəti tədbirini Yasamal rayonunda keçirib.

Avrasiya.net xəbər verir ki, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva öncə belə aktual mövzulu layihələrə maliyyə yardımı göstərdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, eyni zamanda tədbirin təşkilinə görə Yasamal rayon xəstəxanasının baş həkimi Aygün Məmmədovaya, o cümlədən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

QHT sədri qeyd edib ki, mövzu aktualdır və həmişə diqqətdə saxlanmalıdır. Çünki, söhbət gələcək nəsilin sağlamlığından gedir.

Tədbirdə iştirak edən Yasamal rayonu 10 nömrəli Uşaq Poliklinikasının baş həkimi Aygün Məmmədova və baş həkimin müavini, pediatr Lalə Qüdrətzadə mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd ediblər ki, ana südü körpəniz üçün ən uyğun qida olub, onun hərtərəfli inkişafını təmin edir. Döşə qoyulma isə körpə üçün əsl səadətdir. Körpəsini əmizdirən ana intuitiv olaraq onun nə hiss etdiyini bilir. Ağrı və ya qorxudan ağlayan uşaq döşə qoyulan kimi sakitləşir. Ana ilə körpə arasında lap erkən dövrlərdən gözəgörünməz əlaqə yaranır. Bu gözəgörünməz bağ uşağın ən çox ehtiyac duyduğu hiss olub, onun emosional sferasının inkişafında çox mühüm rol oynayır.

Mütəxəssislər onu da qeyd ediblər ki, təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin verilməsi yolverilməzdir. Sonra mütəxəssislər mövzu ilə bağlı hazırladıqları təqdimatları görüntülü şəkildə bölüşərək tədbir iştirakçılarının suallarını da cavablandırıblar.

Sonda layihənin tərəfdaşı olan “ZƏHRA XATUN” MMC tərəfindən analara hədiyyələr təqdim edilib.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər