Sizin Reklam Burada

COP29 beynəlxalq konfransı ölkəmizin, növbəti uğuru kimi tarixə düşəcəkdir

COP29 beynəlxalq konfransı ölkəmizin, növbəti uğuru kimi tarixə düşəcəkdir“Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək ” – 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı dövlətimizin başçısı qeyd etmişdir.

Ölkəmizin artıq ikinci dəfədir ki, dəvət olunduğu Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti əsasən üç istiqamət üzrə təşkil edilib. Bunlar təhlükəsizlik, hərbi tərəfdaşlıq və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. 9 ölkənin daxil olduğu qurumda Rusiya, Çin və Hindistan kimi dünya iqtisadi nəhənglərinin təmsil olunması təşkilatın ciddiliyindən xəbər verir. Son illər ölkəmizin artan iqtisadi-siyasi nüfuzu Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri üçün də cəlbedicidir. Bundan əlavə qeyd etməliyik ki, Şanxay Əməkdaşlıq Təşkilatının məqsədləri sırasında qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsi ilə yanaşı sülh, təhlükəsizlik və sabitlik naminə birgə səylərlə fəaliyyət göstərilməsi daxildir.

Xüsusi olaraq qeyd etməliyik ki, beynəlxalq münasibətlər sistemində baş verən ciddi dəyişikliklərə baxmayaraq Azərbaycan dövləti bir çox platformalarda aktiv iştirakını davam etdirir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya miqyaslı tədbirlərə dəvət alması, həmçinin beynəlxalq səviyyəli tədbirlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycana və onun rəhbərinin liderlik keyfiyyətinə və şəxsiyyətinə verilən böyük dəyərin göstəricisidir. Toplantıda çıxış edən dövlətimizin başçısı bir sıra vacib məsələlərə toxunaraq fikirlərini bildirmişdir. Cənab Prezidentin çıxışı zamanı son illərdə Azərbaycanın beynəlxalq nəqliyyat sistemində artan rolundan və bu istiqamətdə son dövrlərdə görülmüş işlərdən bəhs etdi. Qeyd etməliyik ki, hazırda ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Ölkə başçımız çıxışında bu ilin noyabr ayında ölkəmizdə təşkil ediləcək COP29-la bağlı həyata keçirilən işlərdən də bəhs edərək xüsusi vurğuladı ki, “təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.

Məhz bu baxımdan COP29-un noyabr ayında ölkəmizdə keçirilməsi ilə bağlı qəbul edilmiş qərar Azərbaycanın müstəqillik tarixində əlamətdar hadisə kimi mühüm əhəmiyyət kəsb edir. Qeyd etməliyik ki, Azərbaycan dövləti olaraq irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirləri uğurla həyata keçirmişik və inanırıq ki, COP29-u da yüksək səviyyədə təşkil edəcəyik. İnanırıq ki, Bakıda keçiriləcək COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru kimi tarixə düşəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər