Sizin Reklam Burada

Professor Yusif Seyidovun qızı Yavər Fərzəliyevdən yazdı

Professor Yusif Seyidovun qızı Yavər Fərzəliyevdən yazdıYavər Şərurdan Bakıya gələndə mənim 5 yaşım var idi, o isə 16 yaşlı gənc idi. Ailəmizin üzvü olmuşdu. Məni çiyinlərində gəzdirərdi. Bir müddət bizdə qaldıqdan sonra qonşumuzun qızı ilə evləndi, gözəl bir ailə başçısı və 2 övlad atası oldu. Ailəmiz onu və o da bizi, xüsusilə evin ən kiçiyi kimi məni çox sevərdi. Çox nurlu, dürüst, etibarlı, cəsur, qorxmaz idi. Bizim böyük qardaşımız idi, hətta mənim ərköyün qardaşım Əhməd ondan çəkinərdi. Əhməd vaxtsız getdi, Yavərin ölümü ilə bir qardaşımı da itirdim. Həmişə ürəyimdə yaşayacaq! Allah rəhmət eləsin, gözəl qardaşım, nur içində yat!

Xatırladaq ki, Yavər Xəlil oğlu Fərzəliyevin ölümündən artıq 40 gün keçir. O, 15 may 1949-cu ildə Şərur rayonun Oğlanqala kəndində doğulub. Orta məktəbi Oğlanqala kəndində bitirdikdən 1962-ci il tarixindən Bakıda məskunlaşıb. Nəqliyyat Nazirliyi nəzdində texniki peşə məktəbi bitirib. Səksəninci illərin sonunda Azərbaycanda başlayan Milli Azadlıq hərakatının fəal üzvülərindən olub. Milli Azadlıq Hərakatının lİderi Əbülfəz Elçibəyin yaxın silahdaşı olub. Hərakat üzvüləri arasında Koroğlu ləqəbi ilə tanınıb. I Qarabağ savaşının iştirakçısı olub cəbhə bölgəsinə silah sursat və ərzaq daşınmasında xüsusi xidmətləri olub. 20 Yanvar hadisələri zamanı şəhid olması xəbəri yayılıb hətta yas çadırıda qurulub, lakin Yavər Fərzəliyev sağ-salamt öz evinə dönüb. Y.Fərzəliyev ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin tərəfdarlarından olub. H.Əliyevin göstərişi ilə 20 yanvar zərəçəkmişi kimi müəyyən imtiyazları tanınıb.

Vəfa Seyidova

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər