Daşkəsən İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
Dərc olunub:
25-06-2024, 03:52
Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.
Faktı Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.