Sizin Reklam Burada

ƏHD Partiyası Şüvəlanda baş verən cinayətlə bağlı açıqlama yayıb

ƏHD Partiyası Şüvəlanda baş verən cinayətlə bağlı açıqlama yayıb
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin iclası keçirilib. Partiyanın İdarə Heyəti öncə paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində vəzifə borclarını yerinə yetirərkən həlak olan polis əməkdaşları və mülki vətəndaşımızın ölümü ilə bağlı başsağlığı açıqlaması yayıb.

Açıqlamada deyilir: “Vəzifə borclarını yerinə yetirərkən həlak olan polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev, polis serjantı Mirəli Heydərovun və mülki vətəndaşımızın ölümündən kədərləndirdiyimizi bildirir, Daxili İşlər Nazirliyinin əməkdaşlarına, qətlə yetirilən şəxslərin doğma və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.

İdarə Heyəti daha sonra Dağıstan Respublikasında, Azərbaycanla sərhəddə baş verən terror aktını, xüsusilə kilsə və sinaqoqun yandırılmasını qətiyyətlə pisləyib: “Terror aktı nəticəsində həyatını itirən polis əməkdaşları və mülki şəxslərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

İdarə Heyəti həmçinin növbədənkənar parlament seçkisinin keçirilməsinə dair Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsünü dəstəklədiyini açıqlayıb və seçkidə iştirakla bağlı qərar qəbul edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər