Sizin Reklam Burada

Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir

Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir1918-ci ilin may ayının 28-də yaranmış və türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən mühüm qərarlarından biri müstəqil dövlətin varlığının ən böyük qarantı olan güclü ordunun yaradılması istiqamətində olmuşdur. Belə ki, 1918-ci il 26 iyun tarixində Müsəlman korpusunun “Əlahiddə Azərbaycan korpusu” adlandırılması ilə Milli Ordumuzun əsası qoyulmuşdur.

Noyabr ayının 1-də hökumətin fərmanı ilə hərbi nazirlik yaradıldı, hərbi kadrlar hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb, bundan əlavə Şuşada isə hərbi feldşer məktəbi yaradılmışdı. Azərbaycanın dəniz sərhədlərinin qorunması üçün 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı və hərbi donanma üçün xaricdən katerlər, sualtı qayıqlar və başqa avadanlıqlar alındı. Həmçinin bu illərdə Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsi yaradılmışdı. Milli ordunun formalaşması prosesi qısa vaxt ərzində başa çatdırıldı və 40 min nəfərlik nizami ordu yaradılmışdır ki, onun 30 minini piyada, 10 minini isə süvari qoşun təşkil edirdi.

Lakin 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklər tərəfindən bütün dəyərlərimiz kimi ordumuz da ləğv edildi. Azərbaycanda milli ordunun formalaşması prosesi 1991-ci ildə dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonra başlanıldı. Lakin müstəqilliyin ilk illəri bütün sahələrdə olduğu kimi ordu quruculuğu işində də dərin böhranlarla yadda qaldı. Milli dövlətçiliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı və ölkənin ağır günlərini yaşadığı bir zamanda xalqımız 1993-cü ilin iyun ayında mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini Ulu Öndər Heydər Əliyevə etibar etmişdir. Xalqının belə bir dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır. Müdrik və uzaqgörən xalqımızın seçiminin nə qədər doğru olduğu qısa vaxt ərzində Ulu Öndər tərəfindən həyata keçirilən genişmiqyaslı fəaliyyətdə bir daha özünü sübuta yetirdi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir” deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilk olaraq bu sahəyə xüsusi diqqət ayırdı.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ölkə təhlükəsizliyinin əsas qarantı olan ordumuzun yenidən qurulmasında mühüm mərhələnin başlanğıcını qoydu. Ümummilli Lider Heydər Əliyev ordu quruculuğu sahəsində möcüzə yaradaraq qısa müddət ərzində güclü, intizamlı və vahid komandanlıq ətrafında birləşmiş ordunun yaradılmasına nail oldu.

Sevindirici haldır ki, Ulu Öndərin bu müdrik siyasəti hal-hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu illər ərzində bütün sahələrlə yanaşı ordu quruculuğu işlərinə xüsusi diqqət yetirilmiş, ordu sıralarında ciddi intizam yaradılmış, ixtisaslı kadrların yetişdirilməsi məqsədilə bir sıra işlər görülmüş və ordumuz ən müasir silahlarla təchiz edilmişdir. Xüsusilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Aparılmış müdrik siyasətin nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf yolu keçərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədr
i

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər