Hacıqabulda 14 yaşlı qız evlənmək məqsədi ilə QAÇIRILDI
Dərc olunub:
20-06-2024, 15:50
Hacıqabulda yeniyetmə qız qaçırılıb.
Hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib.
14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirib ki, bununla bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.