Sizin Reklam Burada

Generalın "qara qutu"su sayılan polkovnikin oğlu həbs olundu

Generalın "qara qutu"su sayılan polkovnikin oğlu həbs olunduQuru Qoşunlarının sabiq komandanı, general-leytenant Ənvər Əfəndiyevin "qara qutusu" kimi tanınan Quru Qoşunlarının sabiq inspeksiya rəisi, polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovla bağlı qərar verilib.

Avrasiya.net Bizim.Media-ya istinadla xəbər verir ki, sözügedən işə Bakı Hərbi Məhkəməsində baxılıb.

Belə ki, Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək müxtəlif hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verdiyinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarı ilə Rəşid Saleh oğlu Kələntərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 178.2.3 maddələri ilə təqsirli bilinərək məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rəşid Kələntərov 288 nömrəli hərbi hissənin zabiti olub.

Xatırladaq ki, Saleh Kələntərov ötən ilin yayında, Ənvər Əfəndiyev isə bu ilin yanvarında tutduqları vəzifələrdən azad olunublar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər