Sizin Reklam Burada

Neftçala rayonunda 17 yaşlı qız zorla ərə verilir

Neftçala rayonunda 17 yaşlı qız zorla ərə verilirBu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, rayonun kəndlərindən birində 2007-ci il təvəllüdlü qız özündən 10 yaş böyük olan biri ilə evləndirilir. Artıq cütlüyün toy tarixi də müəyyənləşib və ailələri 22 iyunda onların izdivacı barədə qərarlaşıblar.

Kəmalə Ağazadə vurğulayıb ki, ərə verilən qızın səhhətində problem olduğu üçün evliliyə məqsədəuyğun hesab edilmir:

“Özüm də Neftçaladayam. Hadisə barədə rayon icra hakimiyyətini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, eləcə də Daxili İşlər Nazirliyini məlumatlandırmışam. Hazırda nəticəni gözləyirəm”, – deyə o vurğulayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu Oxu.Az-a bildirib ki, planlaşdırılan erkən nikahın qarşısı alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər