Sizin Reklam Burada

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizimlə prinsip aparır" - Deputat

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizimlə prinsip aparır" - Deputat"Qaldırdığım məsələlər öz həllini tapmır. Əgər millət vəkili qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq? Müharibə veteranlarına verilən 80 manatlıq müavinətdən danışmaq istərdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi millət vəkillərinin qaldırdığı məsələyə belə prinsip qoyaraq 80 manatı dəyişmək istəmir. Burada məqsəd nədən ibarətdir?"

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, 182 minə yaxın müharibə veteranı var:

"Demirik ki, həmin müavinəti bu dəqiqə 300-345 manat edin. 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Amma prinsipial mövqe göstərirsiz ki, yox, bu həll olunmur. İyirmi manat artırsaz, ayda hardasa 3,5-4 milyon, 40 manat artırsaz 7-8 milyon vəsait lazımdır. Bunu tapmaq mümkün deyil? Ona görə də məsələlərə toxunmuruq ki, öz həllini tapmır. Məsələ həll olunsa, o barədə danışarıq. Ən çox şikayət etdiyim sahə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Ayda 30-a yaxın məktub göndərirəm. Bu gün də birini verdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi yalnız pensiyaları sayını azaltmaq deyil. İlbəil sosial pensiya alanların sayı azalır. Biz bu məsələni qaldırırıqsa, bunlara münasibət bildirilməli və öz həllini tapmalıdır. İnsanlarla millət vəkilləri işləyir. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar. İnsanlara bununla bağlı cavab verə bilmirik".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər