Sonuncu zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola salınıb

Sonuncu zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola salınıbBu gün sonuncu zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola salınıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, sonuncu zəvvar qrupu 05:35-də Bakıdan təyyarə ilə yola düşüb, 08:45-də isə Səudiyyə Ərəbistanına çatacaq. O qeyd edib ki, sonuncu zəvvar qrupunda 105 nəfər var.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-də yola salınıb. Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilib. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər