Sabunçu Tibb Mərkəzinin yeni Şüa-diaqnostika şöbəsi istifadəyə verildi
Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova və digər rəsmi şəxslər iştirak edib.
Yeni şöbə tibbi texnologiyanın ən müasir avadanlıqları ilə təchiz edilib. Amerika istehsalı olan kompüter tomoqrafiyası (#KT) cihazı (128 Kəsitli General Electric (GE) Optima 660), Almaniya istehsalı maqnit-rezonans tomoqrafiyası (#MRT), Koreya istehsalı doppler ultrasəs diaqnostika (#USM) və ürəyin ulturasəs müayinəsi üçün exokardioqrafiya (#EXO) aparatları stasionar, ambulator şəkildə müraciət edəcək pasiyentlərin istifadəsinə verilib.
Yeni Şüa-diaqnostika şöbəsində 4 həkim, 4 radioloji texnik olmaqla, ümumilikdə 15 nəfər tibbi heyət xidmət göstərəcək.
Həmçinin şöbədə 2 həkim otağı, arxiv otağı, gözləmə zalı və qeydiyyat bölməsi də yerləşir.