star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Gömrük Akademiyası “III Milli Kibertəhlükəsizlik Forumu”nda təmsil olunub

Gömrük Akademiyası “III Milli Kibertəhlükəsizlik Forumu”nda təmsil olunubAzərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.

Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və ölkəmizin kibertəhlükəsizlik üzrə aidiyyəti dövlət qurumları ilə yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndələri də iştirak ediblər.

Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi olub.

Forum çərçivəsində “Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təcrübəsi”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq”, “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” və “Kiberdiaspora” adlı panellərdə müzakirələr aparılıb.

“Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” adlı panel müzakirəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov İT sahəsi üzrə tədris prosesinin əmək bazarının müasir tələblərinə cavab verməsinin önəmindən söz açaraq bu istiqamətdə keyfiyyətin artırılması üçün atıla biləcək addımlar barəsində bəhs edib.

Sonda Akademiyanın tələbələrinə forumda könüllü fəaliyyətlərinə görə, eləcə də Akademiyanın əməkdaşlarına “Gais”, "Malwation", "Peyk" kibertəhlükəsizlik şirkətləri tərəfindən proqram təminatı ilə bağlı Türkiyədə keçirilən təlimlərdə iştiraklarına görə sertifikatlar təqdim edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər