Sosial Tədqiqatlar Mərkəzi yeni kitabı təqdim etdi - FOTO

Sosial Tədqiqatlar Mərkəzi yeni kitabı təqdim etdi - FOTOSosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı və nəşrində dəstək olduğu, müəllifi Fərman Salmanlı olan "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" adlı kitabın təqdimatı keçirilib.

Kitabda bələdiyyələrin tarixi, fəaliyyəti və idarəçilik formaları haqqında geniş məlumatlar öz əksini tapıb.

Azərbaycan bələdiyyələrinin tarixi inkişaf mərhələləri kitabda çar dövrü, cümhuriyyət dövrü və müstəqillik dövrü olmaqla 3 mərhələdən ibarət olaraq araşdırılıb.

Yerli özünüidarəetmənin nəzəri-hüquqi cəhətləri, bələdiyyənin strukturu və idarəçilik forması, dövlət və bələdiyyə idarəçiliyinin oxşar və fərqli cəhərləri, bələdiyyə seçkilərinin keçirilməsi qaydaları, sosial bələdiyyəçilik, bələdiyyə üzvü və bələdiyyə qulluqçusu, bələdiyyə qərarlarının qəbul edilmə prinsipləri, xarici ölkələrin yerli özünüidarəetmə təcrübələri və bələdiyyə hüququ haqqında məlumat almaq istəyənlər üçün kitabda geniş məlumatlar əksini tapıb.

Tədbirdə millət vəkillləri, elm xadimləri, bələdiyyə nümayəndələri, media nümayəndələri, bələdiyyə məsələləri üzrə ekspertlər, QHT rəhbərləri və tələbələr iştirak edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər