Bakı Enerji Həftəsi
Bakı Enerji Həftəsi artıq 30 ildir ki, Bakıda keçirilir və özündə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu kimi üç mötəbər tədbiri birləşdirir. Bu il iyun ayının 4-də paytaxtımızda növbəti dəfə öz işinə başlayan bu tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı oldu. Qeyd olunmalıdır ki, Bakı Enerji Həftəsində müxtəlif ölkələri təmsil edən qlobal şirkətlərin sayı ildən-ilə artır. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında son 30 il ərzində imzalanan bütün müqavilələrin tam həyata keçirildiyini, onların parlament səviyyəsində ratifikasiya edildiyini və qanun şəklində imzalandığını diqqətə çatdırdı. Həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz buna görə də bu gün bütün dünya ölkəmizdə daha bir seqmentin, yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı sahəsinin sürətlə inkişaf etdiyini müşahidə edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspro Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Bakı Xəzər Neft və Qaz “Caspian Oil&Gas” və 12-ci Xəzər beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” sərgilərinin açılış mərasimlərində iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edərək qeyd edib ki, 30 il bundan əvvəl biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, 20 faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu.
Qeyd olundu ki, 2020-ci ilin noyabrında həmin bölgələr azad olunandan sonra bu ərazilərdə artıq 270 meqavat gücündə su elektrik stansiyaları tikilərək istismara verilib. Üç-beş il ərzində bu rəqəmin artıq 500 meqavata çatdırılacağı gözlənilir ki, bu da 250 milyon kubmetr qaza qənaət deməkdir. Yəni, 1 qiqavat bərpaolunan enerji 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Beynəlxalq bazarların isə buna böyük ehtiyacı var və olacaq. Bu gün bütün dünyada, xüsusilə Avropa qitəsində enerji sahəsində təbii qaz mövzusu hələ ki, daha çox diqqət mərkəzindədir. Böyük ehtimalla bu vəziyyət hələ uzun müddət dəyişməyəcək. Bu baxımdan da öz potensialını və resurslarını düzgün paylaşdıran Azərbaycan bu gün nəhəng enerji infrastrukturu yaratmaqla həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.
Bu baxımdan da öz potensialını və resurslarını düzgün paylaşdıran Azərbaycan bu gün nəhəng enerji infrastrukturu yaratmaqla həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Lakin gələcəyə baxan ölkəmiz artıq bərpaolunan enerji sahəsində qlobal çalışmalar aparır və bu seqmentdə də aparıcı ölkələrdən olmağa iddialıdır. Bakı Enerji Həftəsində bərpaolunan enerji ilə bağlı şirkətlərin çoxluq təşkil etməsi də ölkəmizin bu sahədə potensialının yüksək qiymətləndirildiyindən xəbər verir. Hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə fəal danışıqlar aparılır. Məhz bu məqam ölkənin qaz ixracının coğrafiyasının bir qədər də genişlənəcəyini əminliklə deməyə əsas verir.
Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti
Son xəbərlər
