Dövlətə xəyanət: casus Əsədov haqda qərar verildi

Dövlətə xəyanət: casus Əsədov haqda qərar verildiMəhkəmə Naxçıvan barədə məlumatlar toplayan casusa cəza təyin edib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etmiş Füzuli Əsədov dövlətə xəyanətdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Füzuli Əsədov 15 sentyabr 2023-cü il tarixində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat-istintaq tədbirləri ilə həbs edilib. Füzuli Əsədov Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirməkdə təqsirləndirilib. İttihama əsasən, o xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə məlumatlar toplanması barədə tapşırıqlar alıb, Naxçıvan MR-da yerləşən hərbi hissələrin, strateji müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin yerləşdiyi yerlər barədə və sair məlumatlar toplamaqla xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər