"Quska" həbsdə aclığa başlayıb

"Quska" həbsdə aclığa başlayıbAltı illik həbs müddətinin başa çatmasına az qalmış yeni ittihamla cinayət məsuliyyətinə cəlb edilən sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.

 Avrasiya.net xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil deyib ki, H.Abdullayev ona qarşı irəli sürülən yeni ittihama etiraz olaraq saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq edir: “Aksiyanın digər səbəbi də müvəkkilim barəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarın icra edilməməsidir. Həmin qərara əsasən, onun BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq siyasi sığınacaq pasportu olmasına və təqib olunduğu ölkəyə verilməsi qadağan olunduğu halda heç bir deportasiya, ekstradisiya qərarı olmadığı halda faktiki olaraq oğurlanaraq 21 aprel 2018-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, onun burada məhkum edilməsi qanunsuz hesab edilib, onun azadlığa buraxılması tələb olunub”.

Cavad Cavadov qeyd edib ki, Hüseyn Abdullayevin aclıq etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verilib.

Qeyd edək ki, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər