Əmək hüquqlarımızı necə qoruya bilərik? - QHT layihəyə start verib

Əmək hüquqlarımızı necə qoruya bilərik? - QHT layihəyə start veribAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş Hüquqlarının Müdafiəsinə
Dəstək İctimai Birliyi "Əmək hüquqları üzrə maarifləndirmə" adlı layihənin icrasına başlayıb.

QHT sədri Fuad Əliyev bildirib ki, Azərbaycanda əmək hüququ pozuntusu ilə bağlı çoxsaylı problemlər olsa da, Əmək Müfəttişliyi, həmkarlar ittifaqları, dövlət qurumları və qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərməli və resurslarını birləşdirərək əmək hüququ pozuntularının sayını azaltmağa və işçilərin istismarına son qoymağa çalışmalıdırlar: "Ən çox pozuntular əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və digər hallarla bağlı olub. Eyni zamanda işçilərin bu sahədə maariflənməsinə böyük ehtiyac var".

F.Əliyev qeyd edib ki, layihənin məqsədi vətəndaşların əmək hüquqlarının qorunması istiqamətində onların maariflənməsinə dəstək olmaqdır.

QHT bununla bağlı 3 aylıq (iyun-avqust) layihə müddətində Bakıda 7 müxtəlif müssəsədə layihə mövzusuyla bağlı hüquqi, maarifləndirici tədbirlər, görüşlər keçirməyi, vətəndaşların əmək hüquqlarının qorunması ilə bağlı beş yazı hazırlayıb, hər birini bir yerli internet resurslarında ictimailəşdirməyi nəzərdə tutub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər