Nur içində yat, YAQUB əmi!

Nur içində yat, YAQUB əmi!Uşaqlar özlərini hər insanın yanında xoşbəxt hiss etməzlər. Bəzən bir meyvə, bəzən bir şokalad uşaqları xoşbəxt etməyə kifayət edir. Yetişdirdiyi göycə ağaclarının barını səbirsizliklə gözləyən uşaqlardıq. Bunun üçün ondan icazə istəməyə ehtiyac duymazdıq, özü qucaq dolu meyvələri dərər, bizə ikram edərdi. Hər yeni nübarlarda bizim payımız olardı. Güllü-çiçəkli həyətində heç yerdə həmin dadı tapmadığım nübarların xatirəsi var uşaqlıq yaddaşımda.

Bu gün uşaqlar günüdür, uşaqlığımın daha bir xoş xatirəsinin qəhrəmanını itirdik. İnsanın özündən sonra mirası tək övladı, var-dövləti deyil, onun haqqında yadda qalan xatirələrdir. Biz üç qardaş-bacını, övladı olmayanlar daha çox sevərdilər, biz də onların tapşırığını, işini görməyi özümüzə borc bilərdik, beləcə hər kəs öz boşluğunu doldurardı. İnsanı sevmək üçün qan bağlılığına ehtiyac yoxdur, hörmət ondan da ötə bir hissdir. O biri dünyanın varlığını, yoxluğunu bizdən fərqli olaraq yaradan bilir, amma bu var olan dünyamızda özündən sonra insanın qəlbini titrədən kövrək xatirələri qalır ki, bu sənə də aiddir Yaqub əmi.

LEYLA CALALOVA
t.ü.f.doktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər