“Ermənistanın ekoloji terroru” - “Yaşıl Dünya” EMİB layihənin icrasına başladı

“Ermənistanın ekoloji terroru” - “Yaşıl Dünya” EMİB layihənin icrasına başladı“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistanın ekoloji terroru” adlı layihənin icrasına başlayıb.

Bu barədə ictimai birliyin sədri, layihənin rəhbəri Elman Cəfərli məlumat verib. Onun sözlərinə görə, 3 ay davam edəcək layihənin icra planına uyğun kütləvi informasiya vasitələrində Ermənistanın Azərbaycana qarşı ekoloji terroru və ondan doğan fəsadlarla bağlı mütəxəssis rəylərindən ibarət məqalələr, müsahibələr dərc ediləcək.
Bundan başqa Bakı şəhərində məktəblilərin iştirakı ilə hazırlanmış “Ekoloji terrora son” adlı fləş-mob nümayiş etdiriləcək.

Cebhe.TV internet televiziyasında “İşğal dönəmində ekoloji çirklənməyə məruz qalmış çaylarımız”, “Qarabağda və Şərqi Zəngəzurda işğal dönəmində məhv edilən meşələr”,

“Ermənistanın dağ-mədən sənayesinin çirkləndirdiyi Araz çayında son durum”, “Ermənilərin Azərbaycana qarşı ekoloji cinayətində rol almış xarici şirkətlər” və “Su resurslarımıza qarşı ermənilərin ekoloji terrorunun nəticələri” adlı video-müsahibələr hazırlanacaq.

Həmçinin layihə çərçivəsində Zəngilan rayonunun Ağalı qəsəbəsində “Oxçuçayda ekoloji fəlakət” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində keçiriləcək tədbirlərlə bağlı media vasitəilə müntəzəm olaraq ictimaiyyətə məlumat veriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər