Aziz Sancar Naxçıvana səfərə gəlib

Aziz Sancar Naxçıvana səfərə gəlibAzərbaycan Milli Elmlər Akademiyasının dəvətilə Azərbaycana səfərə gələn dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar "Türk dünyasının qapısı" olaraq bilinən Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Aziz Sancar səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Dünya şöhrətli alim Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcək.

Aziz Sancar AMEA-nın Naxçıvan bölməsi ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələriylə də görüşəcək.

Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir müşayiət edir.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər