Qadınları hədələyən "vəkil" tutuldu

Qadınları hədələyən "vəkil" tutulduBalakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib.

Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib. Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub.

S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər görən başqa şəxslər olarsa, polisə müraciət edə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər