"Uşaqların və anaların gələcək sağlamlığı - ana südü" - QHT layihəyə start verib 

"Uşaqların və anaların gələcək sağlamlığı - ana südü" - QHT layihəyə start verib "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaqların və anaların gələcək sağlamlığı - ana südü" layihəsinə start verilib.

Layihənin rəhbəri Könül Quliyeva bildirib ki, uşaqların gələcək sağlamlığı ana südü ilə qidalanmadan başlayır: "Anaları uşaqlarının inkişafı üçün ana südünün əvəzəolunmazlığı  məsələsinə xüsusi diqqətlə yanaşmağa çağırırıq. Körpələrin ana südü ilə qidalanması anaların, eləcə də körpələrin sağlamlığının qorunması və sağalması mümkün olmayan bir çox xəstəliklərə tutulmalarının qarşısınını alınmasıdır ki, bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsi vacibdir".

3 ay (01.05.2024-31.07.2024) müddətində həyata keçiriləcək layihə çərçivəsində mövzu ilə bağlı Bakıda fəaliyyət göstərən 6 Doğum evində  ana südü ilə qidalanmağın əhəmiyyətini təbliğ edən maarifləndirmə tədbirləri və mövzunun KİV-də aktuallığını qorunub saxlanması ilə bağlı media nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilməsi, beş maarifləndirici yazının hər birinin üç yerli internet resurslarında ictimailəşdirilməsi nəzərdə tutulur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər