Sizin Reklam Burada

“Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” - FOTOLAR

“Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” - FOTOLARBu mövzu da Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi 49 nömrəli “İntellekt” məktəb-lisey də tədbir keçirib

Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli-mənəvi dəyərlərin yaşadılması” layihəsi çərçivəsində Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin akt zalında tədbir keçirib. Tədbir də məktəb –liseyin müəllim- şagird kollektivi, eləcə də qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan 49 nömrəli “İntellekt” məktəb-liseyin direktoru Elza Bağırzadə milli-mənəvi dəyərlərin təbliği və inkişafı istiqamətində dövlətimizin atdığı addımlardan, həyata keçirdiyi işlərdən danışdı. Bildirdi ki, Vətənə bağlılıq və milli dəyərlərə sadiqlik hər bir yetişməkdə olan gənc nəslin müqəddəs borcu olmalıdır: “Milli-mənəvi dəyərlərimiz bizim sərvətimizdir. Onun qorunması, inkişaf etdirilməsi başlıca vəzifəmizdir. Gənclər bilikli, savadlı və vətənpərvər olmalıdır. Vətənpərvərlik yalnız hərbi xidmətdə olmaq və vətənin sərhədlərinin keşiyində durmaqla kifayətlənmək demək deyil, həm də torpağa, vətənə bağlı olmaq, bayrağını sevmək, xalqımızın adət -ənənələrini yaşatmaqdır”. E.Bağırzadə çıxışında onu da bildirdi ki, 44 günlük Vətən müharibəsində və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə nümayiş etdirildi ki, Azərbaycan gəncliyi Vətənə, torpağa, öz dəyərlərinə sahib çıxmağı bacarır: “Bu siyasətin dəyişməyəcəyi şübhəsizdir. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin apardığı siyasət yalnız və yalnız intellektli, bilikli gənclər ordusunun yaradılmasını və həmin gənclərin öz milli –mənəvi dəyərlərini qorumağı və inkişaf etdirməyi özündə ehtiva etdirir”.

Tədbirdə çıxış edən Qloballaşma və Milli Həmrəylik İctimai Birliyin sədri Həsən Qarayev ilk növbədə layihənin icrasına göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirmişdir. H. Qarayev yetişməkdə olan gənc nəslin milli- mənəvi dəyərlərə bağlılığından söhbət açmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında məktəbin rolunu qeyd etmişdir. Bildirmişdir ki, yetişməkdə olan gənc nəsil Azərbaycanın tarixini və mədəniyyətini daha dərindən öyrənməli və təbliğ etməli, özünəməxsus dəyərlərimizi xarici təsirlərdən qorumaq üçün prinsipial və qətiyyətli olmalıdır. Tədbirdə 49 nömrəli “İntellekt” məktəb-liseyin direktor müavini Aysel Əlibəyli, HDİM İB sədri İ.Əliyev, məktəb-liseyin şagirdləri İsmayıl Əhmədov, Əli Ələsgərov, Ayşan Hətəmova, Əhməd Elhan və digərləri çıxışlarında vətənpərvərlik ruhunun təbliğində gənclərin rolunun daha da artırılmasının vacib olduğunu və bu istiqamətdə dövlətin apardığı siyasətinə hər kəsin dəstək verməsinin vacibliyini söylədilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər