Müdafiə Nazirliyinin generalı istefaya göndərilib
Dərc olunub:
29-05-2024, 11:15
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev istefaya göndərilib.
"Report" xəbər verir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.