Burada Sizin reklam ola bilər!

“Biz Qərbi Azərbayacana qayıdacağıq”

“Biz Qərbi Azərbayacana qayıdacağıq”"Öz dədə torpaqlarımızı olan Qərbi Azərbaycana qayıdacağıq. Babalarımızın mirasına sahib çıxacağıq."

Bu sözləri Azərbaycan diasporunun tanınmış simalarından Türkiyədə Qərbi Azərbaycan İcmasının səlahiyyətlisi Dr.Asif Kurban Balıkəsirdə Vətən müharibəsi şəhidi Məmmədağa Səfərovun adını daşıyan Anadolu liseyinin açılış mərasimində çıxışı zamanı bildirib.

“İlk öncə qeyd edim ki, şəhidimiz Məmmədağa Səfərovun adını daşıyan liseyin məzunları sabah gələcəyin iş adamları, həkimləri və sair sahələri əhata edəcək insanlar olacaqlar. Bunu unutmasınlar.

Mən tarixə nəzər salmaq istərdim: XX əsrin əvvəllərində biz İzmirdən Bakıya yolla gedə bilirdik. Sonra sovetlər Ermənistan dövlətini yaratmaqla, bizim yolumuzu kəsdilər. Bolşeviklər ermənilərin Türk dünyasına qarşı yönəltdilər. İlk öncə o torpaqların qədim sakinləri biz olmuşuq. 1915-20-ci illərdə, 1948-ci illərdə insanlarımızı didərgin saldılar. Mənim babalarım Qərbi Azərbaycanda anadan olublar. Atam 1988-ci ildə məcburi şəkildə köç ediblər. Onunla birgə 350 mindən çox insanımız öz dədə-baba torpaqlarından didərgin salınıb. Babalarımızın məzarı ordadır. Tariximiz, dəyərlərimiz ordadır”.

Dr. A. Kurban Prezident İlham Əliyevin dediyi kimi ora sülh yolu ilə qayıdacağımızı bildirib.

“Bizim hədəfimiz öz torpaqlarımıza sülh yolu ilə qayıtmaqdır. Biz evimizə dönmək istəyirik və öz halal haqqımız istəyirik. Keçən günlərdə Xankəndi şəhərində idim. Orada ermənilərlə söhbət etdim. Onlar Azərbaycan dövlətinin onlara yaşamaq hüququnu verməyindən məmnunluqla danışırdılar. Bundan sonra Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşayacaqlar. Biz Ermənistan vətəndaşı olaraq öz torpaqlarımızda yaşamaq istəyirik. Əsrin əvvəllərində Qərbi Azərbaycandan İğdıra, Qarsa köç edən insanlarımız oldu. Bu gün onların nəvə-nəticələri yaşayır. Onların dədələrinin miras haqqı var. Cənab Prezident İlham Əliyevin dediyi kimi biz ora top-tüfənflə, tankla yox, sülh ilə qayıdacağıq”.

Qeyd edək ki, açılış mərasimində şəhidin ailə üzvləri, organizasyonun təşkilatçılarından Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri dr.Nəcibə Nəsibova iştirak edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər