Sizin Reklam Burada

Ali Kınıka anlamlı hədiyyə

Ali Kınıka anlamlı hədiyyəCASCFEN sədri yanında Məşvərət Məclisinin üzvü Fikrət Əliyev türkiyəli müğənni ilə görüşüb
Türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış ismi, yazıçı və bəstəkar Ali Kınık Bakıda ilk solo konsertini verib.

Mayın 24-də Heydər Əliyev Sarayında keçirilən konsert maraqlı anlarla yadda qalıb və tamaşaçılar tərəfindən uzun müddət alqışlarla qarşılanıb.

Konsertdən sonra Ali Kınık media təmsilçilərinin suallarını cavablandırıb. Mətbuat konfransından öncə isə müğənniyə xatirə hədiyyələri təqdim edilib.
Bu barədə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyindən (CASCFEN) məlumat verilib.

Bildirilib ki, Ali Kınıkla görüşən Unity Company şirkətinin təsisçisi, CASCFEN sədri yanında Məşvərət Məclisinin üzvü Fikrət Əliyev konsertin yüksək səviyyədə keçdiyini deyib: “Görüşdə Ali Kınıkın oxuduğu mahnıların türk dünyası üçün bir çağırış marşı kimi qəbul edildiyi, Azərbaycanda da bu mahnıların sevildiyi bildirilib".
Sonra Fikrət Əliyev Türkiyə və Azərbyacan qardaşlığını özündə əks etdirən, o cümlədən özəl olaraq hazırlanan xatirə hədiyyəsini Ali Kınıka təqdim edib. Hədiyyəyə görə minnətdarlıq edən Ali Kınık Azərbaycanda konsert verməkdən mənunluğunu ifadə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər