Sizin Reklam Burada

Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir

Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir Müstəqillik əldə edildikdən sonra Azərbaycan mötəbər beynəlxalq təbirlərə ev sahibliyi edib. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP) bu dəfə noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

İlk növbədə Azərbaycanın bu tədbirə hazırlıq səviyyəsi, hədəflər əsas diqqət obeykti olduğundan ölkəmizin başçısı konkret və hərtərfəli cavablar vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalının müxbirinə verdiyi müsahibə zamanı dövlət başçımıza ünvanlanan "Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?" sualına "Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq?" – deyə bildirmişdir.

Azərbaycanın OPEC+ təşkilatının üzvü olduğunu xatırladan Prezident İlham Əliyev bildirib ki, “Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.”

Lakin onu da qeyd etmək lazımdır ki, COP-29 iştirakçı sayına və miqyasına görə Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirdir. Belə ki, Bakıya həmin vaxt dünyanın demək olar ki, hər yerindən 100 minə yaxın nümayəndənin, eyni zamanda qonaqların, turistlərin gəlməsi gözlənilir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir. Onu da qeyd edək ki, COP29-a ev sahibliyi etmək üçün Azərbaycanla birgə Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. Lakin ötən ilin dekabr ayının 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Sonra isə Bolqarıstan da öz namizədliyini ərizə ilə müraciət edərək geri götürüb.
COP-29 İqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.

Azərbaycan beynəlxalq səviyyəli COP29-a sədrliyi öz üzərinə götürüb. 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artıracaqdır.

Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.


Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər