İtkin düşmüş qız tapıldı - Ərə gedibmiş...
Dərc olunub:
25-05-2024, 10:52
Cəlilabadda itkin düşən qız Tovuz rayonunda tapılıb.
Cəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Nahidə Xəyal Qızı Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini bildirib. (APA)