Sizin Reklam Burada

Gəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirib

Gəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya  yox deyək!” adlı konfrans keçiribAzərbaycan Ağsaqqallar Şurasının respublikamızın 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq aktual məsələlərlə bağlı, o cümlədən gənclərimizin maarifləndirilməsi, onların zərərli vərdişlərdən uzaq, sağlam təməllər üzərində yetişməsi üçün geniş tədbirlər keçirir.

“Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş növbəti belə bir əhəmiyyətli tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” devizi altında keçirilib.

ADAU-da baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov giriş nitqində narkomaniyanın fəsadlarından bəhs edib, bu dəhşətli bəlaya qarşı mübarizənin bu gün hamımız üçün çox aktual xarakter daşıdığını bildirib. Natiq konfransın çox əhəmiyyətli bir mövzuya həsr oldunğunu qeyd edərək, belə bir tədbirin keçirilməsinə görə Azərbaycan Ağsaqqallar Şurasına minnətdarlığını bildirib və əlavə edib ki, narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaq üçün bütün təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir. O, digər zərərlərlə yanaşı, narkotikdən istifadənin həm də milli-mənəvi dəyərlərimizə zidd, Vətənə, ailəyə xəyanət olduğunu vurğulayıb. Bütün xalqımızı bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola yönləndirməyə səsləyib.

Sonra çıxış edən Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nun Əczaçılıq kafedrasının müəllimi Samirə Quluyeva, baş müəllimi Sakit Atakişiyev, tələbə Həmid Səfərov, polis kapitanı Əmrah Cəfərov və başqaları narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan, narkoloji xəstələrin müayinə və müalicəsindən, həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq qeyd edib ki, təşkilat tərəfindən müntəzəm olaraq bu aktual və ağrılı mövzuya həsr olunmuş tədirlər, görüşlər keçirilir, gənclərimizlə maarifləndirici söhbətlər aparılır. Vurğulayıb ki, ağsaqqallarımız hər zaman dünyanın bu ən böyük bəlasına qarşı cəmiyyətimizi səfərbər olmağa və mübarizə aparmağa çağırır.

Natiq gənclərimizin formalaşmasında ailənin və cəmiyyətin mühüm rol oynadığını bildirərək əlavə edib ki, gənc nəslin tərbiyəsində və maariflənməsində valideyinlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bizim hər birimiz övladlarımızı, şagirdlərimizi, tələbələrimizi, vətəndaşlarımızı bu kimi böyük təhlükələrdən qorumaq üçün onlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, gənclərimizi idmana, sağlam həyat tərzinə təşviq etməliyiq. “Bu gün dövlətimiz narkomaniya ilə mübarizə sahəsində geniş siyasət aparır, təsirli tədbirlər həyata keçirir. Lakin biz də bu prosesdə kənarda dayanmamalıyıq, çünki narkomaniyaya qarşı mübarizə aparmaq hər kəsin borcudur.

Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də digər məsələlərlə yanaşı, bu sahədə üzərimizə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməyə, qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün ümumi işə bacardığımız qədər töhfələr verməyə çalışırıq və daha xoşbəxt, sağlam Azərbaycan gənci naminə bu fəaliyyətimizi hər zaman yorulmadan davam etdirəcəyik” – deyə Bayram Yusifov vurğulayıb.

Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov “Kəpəz” TV-yə müsahibə verib və bir daha bu dəhşətli bəlaya, “ağ ölümə” qarşı mübarizədə hamını səfərbər olaraq yaxından iştirak etməyə çağırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər