Burada Sizin reklam ola bilər!

Ağstafa və Qazax rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Ağstafa və Qazax rayonlarının Ağsaqqallar Şuralarının  hesabat konfransları keçirilibŞəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı növbəti hesabat konfransları may ayının 22-də və 23-də Ağstafa və Qazax rayonlarında təşkil olunub.

Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və digər məsul şəxslər, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon icra hakimiyyətlərinin rəhbərləri Ulu Öndər Heydər Əliyev tərəfindən daim ağsaqqallara, ziyalılara verilən yüksək dəyərdən söz açaraq bildiriblər ki, bu ənənəni layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıbdır. Natiqlər rayon sakinlərinin, xüsuilə də gənclərin mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, hər zaman onların xeyir-duasını aldıqlarını, ağsaqqal məsləhətinə, tövsiyəsinə həmişə böyük önəm verdiklərini diqqətə çatdırıblar. Konfransın işinə və Şuranın gələcək fəaliyyətinə uğurlar, ağsaqqallara cansağlığı arzulayıblar.

Sonra Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayev və Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzələr ediblər. Bildiriblər ki, Rayon Ağsaqqallar Şuralarının üzvləri mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirir, əsasən gənclərin maarifləndirilməsi, əhalinin sosial-məişət problemlərinin, narkomaniyanın, boşanmaların, erkən nikahların qarşısının alınması istiqamətindəki tədbirlərdə fəallıq nümayiş etdirirlər. Eyni zamanda çoxuşaqlı və aztəminatlı ailələr, onların mövcud vəziyyəti barədə aidiyyəti qurumlara məlumat verilir, problemlərinin həllinə köməklik edilir. Natiqlər, həmçinin, bildiriblər ki, bundan sonra da Ağstafa və Qazax rayonlarının ictimai-mədəni həyatında yaxından iştirak edərək ölkəmizin inkişafı naminə öz səylərini əsirgəməyəcəklər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, onlara göstərilən dövlət qayğısından danışan natiq gənclərimizin Vətənə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara, ağsaqqal sözünə hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin böyük diqqət ayırdığı, “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallarımıza göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını ifadə edib.

Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə ölkəmizdəki ictimai-siyasi proseslərdə yaxından iştirak edən ağsaqqallarımızın xalqımızın milli mənafeyinə xidmət göstərən fəaliyyətindən ətraflı bəhs edib. 77 şəhər və rayon təşkilatında 35 üzvü öz ətrafında birləşdirən Şuranın qarşıya qoyduğu əsas məqsədin xalqımızın milli-mənəvi dəyərlərini, tarixi ənənələrini, habelə müasir inkişaf meyllərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının aktual məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarət olduğunu vurğulayıb. Şeir, sənət, söz diyarı olan Ağstafa və Qazax rayonlarında yaşayan müdrik ağsaqqallarımızi ölkəmizin ictimai-siyasi həyatında daha aktiv görmək arzusunu dilə gətirərək, onlara gənclərimiz üçün nümunə olan şərəfli ömür yolunda və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, şair Barat Vüsal, habelə digər ağsaqqal və ziyalılar cəmiyyətimizdə ağsaqqal sözünə, böyüklüyünə verilən qiymətdən danışıblar. Zamanında Ulu Öndər Heydər Əliyevin, bu gün isə onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara verdiyi dəyəri, göstərdiyi hörmət və ehtiramı yüksək qiymətləndiriblər. Dövlətin və ölkə rəhbərinin ağsaqqlara olan qayğısının bu gün hər iki rayonda hiss olunduğunu, rayon rəhbərliyi tərəfindən hər zaman ağsaqqallara olan səmimi münasibətin, doğmalığın şahidi olduqlarını dilə gətiriblər. Bundan sonra da ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edəcəklərini bildiriblər.

Ağstafada keçirilən hesabat konfransında rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup ağsaqqal Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub. Onlar ölkəmizdə ahıl yaşda olan vətəndaşların dövlət qayğısı ilə əhatə olunmasına, həmçinin ağsaqqallara, ziyalılara verilən yüksək dəyərə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər