Elm və Təhsil Nazirliyi 332 milyonu hara xərcləyib?

Elm və Təhsil Nazirliyi 332 milyonu hara xərcləyib?Keçən il uşaq bağçaları və məktəblər üçün dövlət büdcəsindən ayrılan vəsait tam istifadə olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu, "2023-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, hesabat ilində təhsil sahəsi üçün ayrılan xərclərdən məktəbəqədər təhsil bölməsi üzrə Elm və Təhsil Nazirliyinin tabeliyində 38 081 nəfər işçi ilə 105 000 nəfər uşağın təlim-tərbiyəsinə xidmət göstərən 1 664 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan 332,4 milyon manat vəsait tam istifadə olunub.

Həmçinin ümumi təhsil bölməsi üzrə 2066,9 milyon manat proqnoza qarşı icra 100 faiz olub ki, bu da 4 164 müəssisədə (o cümlədən 56 internat və xüsusi məktəb) çalışan 227 936 nəfər işçinin (o cümlədən 139 674 nəfər müəllim) əməkhaqlarının və digər xərclərin, o cümlədən 5 yaşlı 88 027 nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı xərclərin ödənilməsinə sərf edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər