Sizin Reklam Burada

Keçmiş nazir İsmət Abasov qayınatasına görə İlham Əliyevə məktub yazdı

Keçmiş nazir İsmət Abasov qayınatasına görə İlham Əliyevə məktub yazdıBaş nazirin sabiq müavini, keçmiş kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məktub yazıb.

Modern.az-ın məlumatına görə, İsmət Abasov qayınatası, tanınmış ictimai və siyasi xadim Yunis Rzayevin 100 illik yubileyinin Qərbi Azərbaycan İcmasında qeyd olunmasına görə dövlət başçısına təşəkkür edib.

İsmət Abasov xatırladıb ki, Yunis Rzayev hələ 1950-1960-cı illərdə Qərbi Azərbaycanda müxtəlif vəzifələr tutarkən erməni millətçilərinin əsassız təzyiqlərinə məruz qalıb. Daha sonra o, görkəmli siyasi xadim Heydər Əliyevin sayəsində Azərbaycanda mühüm dövlət vəzifələrinə təyin edilib.

İsmət Abasovun sözlərinə görə, Azərbaycanın qədim torpağı olan Qərbi Azərbaycanda dünyaya gəlmiş Yunis Rzayevin 100 illik yubileyi Azərbaycanın böyük və tarixi qələbələr qazandığı bir dövrə təsadüf edir.
Belə ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, erməni quldurlarının azərbaycanlılara qarşı 200 ildən çox davam edən terror, soyqırımı, işğal siyasətinə son qoyulub. Azərbaycan dünyada hamının hesablaşdığı bir dövlətə çevrilib.

Sabiq nazir Prezidentə minnətdarlığını daha sonra belə ifadə edib:

“Zati-aliləri!
Azərbaycanın Sizin liderliyiniz ilə qazandığı böyük və tarixi qələbələr, bu gün Qərbi Azərbaycanla bağlı müəyyənləşdirdiyiniz yeni siyasi strategiya Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasına böyük ümidlər yaratdığı kimi, Vətən həsrəti və doğma yurd nisgili ilə dünyadan köçən soydaşlarımızın ruhunu da şad edir. Azərbaycanın qədim şəhəri olan İrəvanda doğulmuş biri və Sizin siyasətinizin sadiq əsgəri olaraq, Qərbi Azərbaycanla bağlı müəyyənləşdirdiyiniz strategiyanın həyata keçirilməsi istiqamətində hər bir əmrinizi yerinə yetirməyə daim hazıram”.

Xatırladaq ki, Yunis Rzayev 1924-cü ildə Ermənistanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.

1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirib. 1960–1962-ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdirib.

Y.Rzayev SSRİ dövründə - 1950-ci ildə Ermənistanın Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri olub, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilib.

1965–1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləyib. O, 1959-cu ildən Ermənistan KP MK-nin üzvü seçilib, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olub.

Daha sonra Azərbaycana gəlib, 1970–1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləyib.
VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Müxtəlif orden-medallarla təltif olunub.
Yunis Rzayev 1985-ci il yanvarın 24-də Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Yunis Rzayev 2004–2013-cü illərdə Azərbaycanın kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə baş nazirinin müavini olmuş İsmət Abasovun qaynatasıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər