Daha bir kənd Azərbaycana qaytarılır

Daha bir kənd Azərbaycana qaytarılırErmənistanda hakimiyyət Kərki kəndini də Azərbaycana qaytarmağa hazırlaşır.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, bui barədə “Fakt” saytı yazıb.

Sayt qeyd edir ki, Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komtəsi bu kənddə yaşayan erməniləri “müvəqqəti qeydiyyata” götürüb.

“Bu günlərdə Ədliyyə Nazirliyinin Kadastr Komtəsi Kirants (Tavuşun kəndi) sakinlərinə hüquqi qeydiyyat şəhadətnmaəsi verdiyi haqda açıqlama yaydı. Açıqlamada deyilir: “Bildirilməlidir ki, müvafiq hüquqların dövlət qeydiyyatı qeyri-dəqiq məlumatlar əsasında aparılıb. Bu qeydiyyatlar qeyri-dəqiqliyə əsaslandığına görə sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini iddia etmək üçün hüquqi əsas ola bilməz”.

Bu, faktiki olaraq həmin ərazilərin Azərbaycana təhvil verilməsinin əsaslandırılmasıdır. Ekspertlər hesab edir ki, hakimiyyət gələcəkdə digər ərazilərin Azərbaycana verilməsini də bu yolla əsaslandıra bilər. Nəzərə alsaq ki, Nikol Paşinyan “Tiqranaşen (Kərki) və Tavuşun kəndləri”nin (Qazaxın kəndləri: 4-ü qaytarılıb, 3 anklav qalır-red) Ermənistanın 29800 kvadratkilometr (daha sonra 29,743 olduğu qeyd edildi) ərazisinə daxil olmadığını bəyan edib, o zaman, eyni sertifikatlar Kadastr Komitəsi tərəfindən Tiqranaşen (Kərki) sakinlərinə də “dəqiq olmayan məlumatlar əsasında” verilib.

Demarkasiyanın növbəti mərhələsində buradakı sakinlərə deyiləcək ki, sənədləriniz etibarlı deyil, evlərinizi tərk edin”, - sayt yazır

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər