Alimin elmi dərəcəsi 11 ildən sonra geri alındı - Səbəb

Alimin elmi dərəcəsi 11 ildən sonra geri alındı - SəbəbPrezident yanında Ali Attestasiya Komissiyası Aynur Vaqif qızı Quliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini və dosent elmi adını geri alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə komissiyanın Rəyasət Heyəti qərar qəbul edib.

Qərarın verilməsinə səbəb isə A.Quliyevanın dissertasiya işində aşkar olunmuş elmi plagiat faktının 11 ildən sonra üzə çıxması olub.

Ali Attestasiya Komissiyası tərəfindən A.Quliyevaya filologiya elmləri üzrə verilmiş FD seriyalı, 08389 nömrəli 29 oktyabr 2013-cü il tarixli fəlsəfə doktoru diplomu və filologiya elmləri sahəsinin 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı) ixtisası üzrə verilmiş DS seriyalı, 08220 nömrəli 13 may 2022-ci il tarixli dosent attestatı etibarsız sayılıb.

Xatırladaq ki, plagiatlığı aşkar edilən dissertasiya işi müəllifin “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda hazırladığı material olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər