Sizin Reklam Burada

Ağsaqqallar Şurasının Daşkəsən, Samux və Göygöldə konfransları keçirilib

Ağsaqqallar Şurasının Daşkəsən, Samux və Göygöldə konfransları keçirilibAzərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti konfranslar Daşkəsən, Samux və Göygöl rayonlarında təşkil olunub.

Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, rayon icra hakimiyyətlərinin başçıları, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfranslarda çıxış edən rayon icra hakimiyyətlərinin başçıları Ulu Öndər Heydər Əliyev tərəfindən “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırılan ağsaqqalların şəhər və rayonlarımızın ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini, Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildiriblər.

Sonra Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramovun və Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun hesabat dövrü ərzində təşkilatların fəaliyyətləri barədə məruzələri dinlənilib.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov vurğulayıb ki, ölkəmizdə tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimiz daha təsirli və səmərəli fəaliyyət gözləyir. İnsanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən nüfuzlu ağsaqqalların həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə olunmalıdır. Bayram Yusifov rayon sədrlərini, üzvləri, ağsaqqalları daha fəal olmağa çağıraraq vurğulayıb ki, bu gün cəmiyyətimizdə, təəssüflər olsun ki, boşanmaların sayı gündən-günə çoxalır, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bütün bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq.

Sonra Bayram Yusifov vurğulayıb ki, xalqımızın təkidli istəyi və sıralarında bir çox ağsaqqalın yer aldığı “91-lər”in xahişi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında məhv olmaq təhlükəsindən xilas etdi. Dahi şəxsiyyət, fenomen lider Heydər Əliyev əsl ağsaqqallıq missiyasını həyata keçirərək bir daha sübut etdi ki, ağsaqqal yerində olanda hər şey gözəl olur. Natiq bu gün həmin şərəfli missiyanın Azərbaycan Respublikasının Prezidenti, xalqımızın dəmir iradəsini dəmir yumruğa çevirən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilyini bildirərək, dövlət başçısının imza atdığı uğurlardan bəhs edib. Vurğulayıb ki, biz qalib xalq olaraq qürurverici tarixi bir dövr yaşayırıq. Bu gün hamımız bizə bu möhtəşəm tarixi yaşadan alternativsiz Liderimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli və uğurlarımızın davamlı olmağı üçün əlimizdən gələni əsirgəməmliyik.

Daşkəsən rayonunda keçirilən hesabat konfransında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin yerinə səsvermə yolu ilə yeniləri seçilib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər