Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb
Dərc olunub:
18-05-2024, 17:41
Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Qoçaliyev Əli bıçaqlanma diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.
Faktla bağlı Hacıqabul polisi tərəfindən araşdırma aparılır.