Cəlilabadda canavarlar 6 qoyunu parçalayıb, 4-ü xəsarət alıb
Dərc olunub:
18-05-2024, 17:26
Cəlilabadda canavarlar şəxsi təsərrüfata hücum edib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadsə rayonun Moranlı kəndindində qeydə alınıb.
Nəticədə kənd sakini kənd sakini İxtiyar İsayevə məxsus 6 baş xırdabuynuzlu heyvan tələf olub, dördünə isə xəsarət yetirilib.
Kənd sakinləri oxşar vəziyyətin nadir hallarda baş verdiyini bildiriblər.