Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
Dərc olunub:
17-05-2024, 22:35
Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Fakt araşdırılır.