Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
Dərc olunub:
17-05-2024, 19:11
Qaxda evdən kişi meyiti tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Gürcüstan Respublikası vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub.