Sizin Reklam Burada

Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olundu

Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunduAlmaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.

M. Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.

M. Xəlilbəylinin vəkili Hafiz Ələsgərov bildirib ki, müdafiə etdiyi şəxs istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib.

M.Xəlilbəyli Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü deyib.

Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlıları saxlayıb.

Saxlanılanlar arasında Almaniyada yaşayan Mehdi Xəlilbəyli də olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. M.Xəlilbəyli 2020-ci ilin yanvar ayında azadlığa buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər