Fəvvarələr meydanında dava: ofisiantlar bıçaqlandı

Fəvvarələr meydanında dava: ofisiantlar bıçaqlandıBakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Oqtay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb.

Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yaralılar restoranda ofisiant işləyir.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər